Deputat: “Ukrayna ərköyünləşib”

GÜNDƏM 04 may 2022, 13:08
“Volodimir Zelenski təcavüzə məruz qalmış dövlətin başçısıdır. Qeyd edim ki, Azərbaycanın Ukrayna dövlətinə simpatiyası var. Zelenski Qərbdən nə istəməsindən asılı olmayaraq, verilməyəndə danlayır. Bu, birinci hal deyil. Diqqət edin, Rusiya qazından imtina etmədiyinə görə Almaniya Prezidenti Ukraynaya buraxılmadı. Yəni, Ukrayna ərköyünləşib. Bu adam dərk edə bilmir ki, Ukraynada “Bayraktar”a  üçdən çox mahnı qoşublar və Türkiyə, doğrudan da, Ukraynaya çox yardım göstərib. Axı rusiyalı turistlərin Türkiyəyə gəlməsi müharibə ilə əlaqədar deyil. Tutaq ki, Türkiyə turizmdən qazana biləcəyi 10 milyard dollardan imtina etdi və zərərə düşdü. Yəni, sənə dost olan ölkəyə zərər deyirsə, nə qazanırsan ki?! Həmçinin, Türkiyə iki slavyan xalqının düşmən olmasını istəmir, hər iki dövlətlə sıx əlaqələri var”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, Zelenskinin Türkiyəni tənqid etməsi onun siyasətə populizmdən gəldiyini ortaya qoyur: “Türkiyə iki dövlət arasında barışığa nail olmaq istəyir və Ukrayna-Rusiya prezidentlərini öz ölkəsində qəbul etməyə hazırdır. Zelenskinin populizmi və səriştəsizliyi onu qeyri-peşəkar siyasətçi kimi xarakterizə edir. Aydındır ki, Zelenski dövlət siyasətini, beynəlxalq münasibətlər sistemini dərk eləmir. Amma çox yaxşı başa düşür ki, Qərb Ukraynadan istifadə edərək Rusiyanı zəiflətməyə çalışır. Şübhəsiz ki, Qərb və digər dövlətlər Ukraynaya yardım göstərməkdə haqlıdırlar, lakin Ukrayna özünü dostlarına düşmən etməməlidir. Zelenski bununla heç nə əldə edə bilməyəcək. Bu, səriştəsizlik və səbirsizlikdir. Təzyiq yolu ilə nəyəsə nail olmağa çalışmaq danışa bilməyən uşağın yemək istəyəndə ağlamağına bənzəyir. Hesab edirəm ki, Zelenskinin davranışları yanlışdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top