Qubada gənc oğlan atasını bu söhbətə görə öldürdü — Şok təfərrüat

KRİMİNAL 04 may 2022, 12:05
Quba rayonunda 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıqı qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 9 iyun 2021-ci ildə, saat 20 radələrində Quba rayonu, Sofikənd kəndində baş verib. 

Rəvan atası ilə aralarında yaranan mübahisə zamanı onu öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək üçün baltanın küt tərəfi ilə atasının baş və sinə nahiyəsinə vuraraq, onu öldürüb. 

İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Sadıq ilə münasibətləri yaxşı olmayıb: “Atam mütəmadi spirtli içki qəbul edib, tüfeyli həyat tərzi keçirib. Boş-boş şeylərə görə ailədə problem yaradıb, tez-tez dava-dalaş salıb”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 9-da, saat 08 radələrində yuxudan oyanaraq işləmək üçün Quba rayonu, Birinci Nügədi kəndində yerləşən İmran adlı sahibkarın bağ sahəsinə gedib: “Atam Sadıq, anam Nəzakət və bacım Məsumə həmin vaxt evdə olublar. Həmin gün axşam saat 19 radələrində yaşadığım evə qayıtdım. İşdən evə qayıdanda da atla qayıtdım. Yolda olarkən at məni atdş və yola yıxıldım. Ona görə də ata əsəbim oldu. Evə gələrək atı qapıda bağlayan zaman əsəbimdən çubuqla bir neçə dəfə ata zərbə endirdim. Həmin vaxt atam evin arxasından evin qarşısına gəldi. Dedi ki, atı elə döymürlər, mən sənin üçün bunu bu dəqiqə öldürüm. Ata çubuqla çoxlu zərbə endirməyə başladı. Mən sə atamın atımı vurmamasını, heyvanın əziyyət çəkməsini dedim. atam isə sözlərimə məhəl qoymadı və ata zərbə endirməyə davam etdi. Mən isə atamın məni əsəbləşdirməməsi üçün evin içərisinə keçdim”. 

Rəvan deyib ki, bu zaman atası evə gəlib və özünü kimə göstərməsini, özünü camaata göstərməsini ona irad tutub və ona var-yox söyüşü deyib: “Atam əvvəllər də mənə bir neçə dəfə dava-dalaş zamanı var-yox söyüşü söymüşdü. Mən isə atama məni döysə də, söysə də, sırf “var-yox” söyüşü söyməməsini bildirmişdim. Lakin atam hər dəfə var-yox söyüşü söyərək məni əsəbləşdirdi. Bu zaman atam anamı şillə ilə bir dəfə vurdu, evin elektrik naqillərini qopararaq bu naqillərlə məni öldürəcəyini dedi. Həmin vaxt da atam mənə “var-yox” söyüşü söydüyündən və anamı vuraraq, bu kimi hərəkətər etməsindən əsəbləşdim. Mübahisənin böyüməməsi üçün evin həyətinə çıxdım”.

Rəvanın ifadəsinə görə, bu hadisədən təqribən 20 dəqiqə sonra atası Sadıq onun arxasınca evin həyətinə gəlib: “Məni təhqir etdi və əlləri ilə yaxamdan tutdu. Bu zaman aramızda mübahisə yarandı. Atamın əlindən çıxdım. Həmin vaxt atam evin həyətində odun doğramaq üçün istifadə etdiyimiz baltanı götürərək mənə tərəf atdı. Balta üz nahiyəmə tərəf gəldi və çəkildiyimdən balta mənə  dəymədi. Bu zaman artıq atamın hərəkətləri məni təngə gətirdi. Atamın həm var-yox söyüşü söyməsinə, həm məni müxtəlif söyüşlərlə təhqir etməsinə, həm də üzümə tərəf balta atmasına görə artıq bezərək onu öldürmək qərarına gəldim. Ona görə də atamın mənə tərəf atdığı baltanı götürərək əvvəlcə onun sinə nahiyəsinə 1 dəfə zərbə endirdim. Zərbədən sonra atam yerə yıxıldı. Bundan sonra isə hirsim soyumadığı üçün balta ilə 2 dəfə də ona zərbə endirdim. Atamın bu hərəkətləri məni təngə gətirmişdi”. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisəyə kimi atasını öldürmək kimi bir fikri olmayıb: “Hadisə zamanı da atamı öldürmək fikrim olmayıb. Sadəcə, həmin vaxt atamın həm söyüş söyməsi, həm arxamca gələrək məni təhqir etməsi və məni öldürəcəyini bildirməsi, yaxamdan tutması və arxamca balta atması məni özümdən çıxardı. Bir anlıq onu öldürmək fikrinə düşdüm. Atama qarşı həddindən artıq əsəbi olduğum üçün 1 dəfə zərbə vurmaqla kifayətlənmədim. Əlavə olaraq ona 2 dəfə də xüsusilə də, baş nahiyəsinə zərbə endirdim. Hadisə zamanı ətrafda nə ailə üzvlərim, nə də kənar şəxslər olmayıb. Sonradan anam Nəzakət və bacım Məsumə çölə çıxaraq əlimdə baltanı görüblər. Atam Sadıq isə həmin vaxt uzanıqlı formada yerdə olub və üzəri qan olub. Anam və bacım əlimdə balta olmasını və atamın yerdə uzanıqlı görüblər. Bunsdan sonra paltarlarımı dəyişərək könüllü olaraq təslim olmaq üçün Quba rayon polis şöbəsinə gəlim. Atamı öldürdüyümü bildirərək təslim oldum. Özümü günahkar bilirəm və peşmançılıq hissi keçirirəm”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Rəvan 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top