Biznes

Anar Quliyev: "İnvestorlar gələcək potensiala sərmayə qoyurlar"

Anar Quliyev: İnvestorlar gələcək potensiala sərmayə qoyurlar

İnvestorlar yalnız binalara deyil, məkanlara, bazarlara və gələcək potensiala sərmayə qoyurlar.

Demokrat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

"Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ikinci dəfə bir araya gəlməyimiz böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın beynəlxalq investisiya əməkdaşlığına sadiqliyini, xarici investorlara, beynəlxalq tərtibatçılara və uzunmüddətli institusional tərəfdaşlara açıq olduğunu əks etdirir. Bu, xüsusilə şəhərsalma və daşınmaz əmlak sektoru üçün vacibdir. Bu sahələrdə investisiya qərarları uzunmüddətli perspektivlər nəzərə alınmaqla qəbul edilir. İnvestorlar yalnız binalara sərmayə qoymurlar, onlar məkanlara, bazarlara və gələcək potensiala investisiya yatırırlar", - o vurğulayıb.

A.Quliyev əlavə edib ki, onlar yalnız fərdi layihəyə deyil, həm də şəhərin və ya regionun inkişaf baxışına, planlaşdırma çərçivəsinə, infrastrukturuna, nəqliyyat əlaqələrinə və inkişaf trayektoriyasına əmin olmalıdırlar.