Qazaxda 44 yaşlı kişi zəhərləndi

HADİSƏ 04 may 2022, 09:48
Qazaxda kişi sirkə turşusundan zəhərlənib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü D.Mansurov zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən xəstəyə dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top