Rusiyanın yeni itkiləri açıqlandı: Dəhşətli rəqəm

REGİON 03 may 2022, 15:45
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

Demorkat.az xəbər verir ki, bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat paylaşılıb.

Qeyd edilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 200 hərbçisini itirib: "Həmçinin 84 qanadlı raket, 2 567 zirehli döyüş maşını, 1 062 tank, 475-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1843 avtomobil texnikası, 10 kater və 30 xüsusi texnika vurulub".



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top