İranda spirtli içkidən 48 nəfər zəhərləndi

DÜNYA 02 may 2022, 22:18
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfərin zəhərlənərək xəstəxanalara aparıldığı bildirilib.

Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə nümayəndəsi Fatma Nevruziyan bəyan edib ki, zəhərlənənlərdən 5 nəfər ölüb.

Onun sözlərinə görə, hazırda 11 nəfərin vəziyyəti ağırdır. Həmin şəxslər reanimasiya şöbələrində müalicə olunur. Onlardan üçü ciddi görmə problemi ilə üzləşib.

Bəndər Abbasın polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki paylayan şəxslərin müəyyən edildiyini və indiyədək 8 nəfərin saxlandığını açıqlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top