Ərdoğan Ramazan bayramı münasibətilə İslam dünyasını təbrik etdi

GÜNDƏM 01 may 2022, 20:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mübarək Ramazan bayramı münasibətilə dünya müsəlmanlarına videotəbrik ünvanlayıb.

Dövlət başçısı videomüraciətində bayramın ölkəsinə, xalqına, İslam dünyasına və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və firavanlıq gətirməsini arzulayıb:

“Ramazan bayramının milliyətindən, dinindən və əqidəsindən asılı olmayaraq, 85 milyon insanın qucaqlaşdığı və halallaşdığı böyük qardaşlıq bayramına çevrilməsini arzulayıram. Buna nail olub aramızdakı dostluğu, qardaşlığı gücləndirdiyimiz zaman, Allahın izni ilə, həll edə bilmədiyimiz heç bir çətinlik qalmayacaq”.

Bu bayram günündə başda “Pəncə-Kilid” əməliyyatı olmaqla ölkə daxilində və xaricində Vətənin keşiyində duran təhlükəsizlik qüvvələrinin bütün əməkdaşlarına minnətdarlığını çatdıran Prezident Ərdoğan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top