Ukrayna hərbçiləri Xarkovda bir sıra yaşayış məntəqəsini geri aldı

GÜNDƏM 30 apr 2022, 21:28
Xarkov vilayətində Ukrayna hərbçiləri Verxnyaya Rohanka, Rusiyanın Lozovaya, Slobodskoye və Prilesnoye yaşayış məntəqələrinə nəzarəti bərpa ediblər.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  məlumat verib.

Qeyd olunur ki, Slobojanski istiqamətində ruslar Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir.

 Bundan əlavə, İzyum istiqamətində ruslar İzyum-Barvenkovo ​​və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edirlər.

" Ruslar həm Xarkov vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində, həm də Belqorod vilayətində, Ukraynanın dövlət sərhədinə yaxın ərazidə cəmləşdirməkdə davam edir", - məlumatda deyilir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top