Həkimdən ÇAĞIRIŞ: Uşaqların üzündən öpülməsinə qətiyyən yol verilməməlidir

MARAQLI 30 apr 2022, 17:10
“Hazırda qızılca, polimielit və ya hər hansı digər viral infeksiyasının yayılması ehtimalı qaçılmazdır”. 

 Bu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. 

Həkimin sözlərinə görə, bu hal təbii qanunauyğun bir proses olduğu üçün ondan qorxmaq lazım deyil:

“Ən əsası isə bu artım heç də ÜST sözçülərinin dediyi kimi deyil. Çünki, viruslar arasında hüceyrədaxili mühitdə “mütləq konkurent antaqonizm” prinsipi mövcuddur. Bu səbəbdən, hüceyrəyə ilkin daxil olmuş virusun ardınca, hüceyrəyə keçid qapısı (para və intrasellülyar) bağlanır. Odur ki, hüceyrə daxili mühit eyni vaxtda yalnız bir virusa qarşı həssaslıq göstərib, ona yoluxa bilər. Bu halda qazanılan immunitetə də fərdi yox, nisbi ümumi-total aktivlik xas olur. 



Odur ki, eyni bir hüceyrənin digər aktiv virusla təkrari yoluxma halı, birinci virusun patogen aktivliyinin tam sönməsi dövründən, yəni 1 ildən (4 fəsil) tez baş verə bilməz. Bu müddət isə, simbioz birgə yaşayış və uyğunlaşma dövrünə tamamilə yetərli olduğundan, nə bu gün, nə də yaxın gələcəkdə uşaqların həyatı üçün mütləq olaraq, heç bir qorxu və təhlükə yoxdur”.
 
Həkim bildirib ki, sadəcə olaraq, uşaqları və körpələri qorunmaq lazımdır: “İlk növbədə, keçid yaş dövrlərinə uyğun, sxematik olaraq peyvənd olunmaq, digər zəruri hal isə uşaqların üzündən, xüsusən kənar şəxslərin öpməsinə, onlara nəfəs verilməsinə, o cümlədən “çöpçülərə” aparmaq və eləcə də digər qeyri-gigiyenik prosedurlara, qətiyyən yol verilməməlidir. Gəlin bu elementar qaydalara əməl etməklə, uşaqlara öz uşaqlıq dünyalarını yaşamağa imkan verək”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top