Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları

GÜNDƏM 29 apr 2022, 21:21
Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-u imsak vaxtı saat 04:07-də, iftar vaxtı isə 19:50-dədir. 

Aprelin 30-u üçün namaz vaxtları: 

Sübh azanı 04:12 

Zöhr azanı 12:38 

Əsr azanı 17:32 

Məğrib azanı 19:50 

İşa azanı 20:59 

İyirmi doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!” 

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top