Finlandiya və İsveç NATO-ya qəbul ediləcək?

DÜNYA 28 apr 2022, 19:11
Finlandiya və İsveç üzvlük üçün müraciət etsələr, NATO onları məmnuniyyətlə qəbul edəcək.

Demokrat.az xəbər verir ki, “The Guardian” bunu NATO baş katibi Yens Stoltenberqə istinadən bildirib.

Stoltenberq bu bəyanatla Brüsseldə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə keçirdiyi brifinqdə çıxış edib.

Xatırladaq ki, Finlandiya və İsveç yaxın vaxtlarda NATO-ya üzvlük üçün müraciət edəcəklər. Rusiya Federasiya Şurası bildirib ki, Finlandiyanın NATO-ya daxil olması onu Moskvanın cavab tədbirləri üçün hədəfə çevirəcək. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top