Elman Nəsirov: “Ukrayna Rusiyaya hücum etmiş olsaydı, mövqeyimiz yenə dəyişməz qalacaqdı”

GÜNDƏM 28 apr 2022, 10:53
“Azərbaycan dövlətinin Rusiya-Ukrayna müharibəsi ilə mövqeyi bəllidir. Azərbaycanın ali siyasi rəhbərliyi dəfələrlə vurğulayıb ki, bizim üçün bir nömrəli məsələ ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, yəni suverenlikdir. Hansı dövlət olmasından asılı olmayaraq, Azərbaycan bu mövqeyini müdafiə edir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov “Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnaməsi barədə danışarkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan mövqeyi dəyişməz olduğu üçün ayrı-ayrı detallara deyil, bütövlükdə dövlət siyasətinə diqqət yetirmək lazımdır: “Əks proses baş versəydi, yəni Ukrayna  Rusiyaya hücum etmiş olsaydı, bizim mövqeyimiz yenə dəyişməz qalacaqdı”.

Qeyd: “Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnamə layihəsinin lehinə azərbaycanlı deputatlardan yalnız deputat Erkin Qədirli səs verib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top