"Rusiya hücumları artırır"

GÜNDƏM 27 apr 2022, 18:41
Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqində hücumlarını artırır.

Bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyat-taktiki aviasiyası son 24 saat ərzində Donetsk və Xarkov vilayətlərindəki müxtəlif hədəfləri vurmaq məqsədilə 138 uçuş həyata keçirib.

Nazirlik rəsmisi Belarus ərazisindən də raket və hava hücumları təhlükəsinin davam etdiyini diqqətə çatdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top