Yolumuz Qarabağa!

GÜNDƏM 27 apr 2022, 14:44
May ayından etibarən sərnişinlər Bakı-Şuşa-Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər. 

Bu barədə Demokrat.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov məlumat verib.



“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus marşrut reyslərinə may ayına olan biletlər satışa çıxarılmışdır. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə üç müntəzəm avtobus marşrutları yanvar ayının 24-dən istifadəyə verilmişdir. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilmişdir. Təhlillər nəticəsində Bakı-Şuşa-Bakı istiqamətində əlavə reysin açılması qərara alınmışdır. May ayından etibarən sərnişinlər Bakı-Şuşa-Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top