Ramiz Mehdiyevi əvəzləyəcək şəxs bu gün məlum olacaq

GÜNDƏM 27 apr 2022, 09:09
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək.

Demokrat.az xəbər verir ki, iclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top