“Mövcud 3 imperiyanın biri dağılmalıdır”— Politoloqdan AÇIQLAMA

GÜNDƏM 26 apr 2022, 19:10
Artıq iki aydır ki, Rusiya-Ukrayna arasında müharibə davam edir. Bundan sonra yaşanacaq proseslər barədə Demokrat.az-a danışan politoloq Cümşüd Nuriyev qeyd edib ki, hazırda müharibə daha isti fazaya keçib.

Politoloq bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin davam etmək ehtimalı daha çoxdur:

“Baxmayaraq ki, dünya dövlətlərinin bir hissəsi müharibənin dayandırılmasını istəyir, başqa hissəsi isə əksinə daha da qızışdırılmasını istəyir. Bu daha çox ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın düşüncə tərzinə görə, Ukrayna Rusiya üçün ikinci Əfqanıstan olacaq. Ona görə də, uzunmüddətli müharibənin olacağını deyirlər.Bilirik ki, o vaxtlar Əfqanıstandan sonra onlar SSRİ-ni dağıda bilmişdilər, indi də fikirləşirlər ki, Ukraynadan sonra Rusiyanı dağıdacaqlar. Amma inanmıram ki, Rusiya belə bir səhvi buraxsın. Rusiyaya əsas Ukraynanın şərqi və cənubu lazımdır. Yəni, Krımın tam təhlükəsizliyini təmin edib və Xerson vilayəti də hələ onun əlindədir. Orada ola bilər referendurum keçirilsin. Çünki Rusiya iştahası çox yuxarı olan bir dövlətdir. Ortada Gürcüstan nümunəsi var. Yəni Donestkdə, Luqanskda refendurum keçirilə və onlar da Rusiyaya qoşula bilərlər. Bilirsiniz ki, bu məsələlərdə beynəlxalq hüquq da ikili standartdır”. Politoloq hazırda müharibənin cənubda daha isti fazaya keçdiyini vurğulayıb:

“Rusiyaya Ukraynanın şimalı lazım deyildi. O, sadəcə diqqəti yayındırmaq, həm də özünün həddən artıq zəif olduğunu təqdim etmək üçün bir hərbi gediş etdi. Yəni, mən bunu siyasi cəhətdən belə görürəm. Amma bütün hallarda heç kəs Rusiyaya səlahiyyət verməyib ki, gəlsin başqa bir dövlətin ərazisində nəyisə etsin. Təəssüf ki, dünya buna göz yumdu. Görünən odur ki, sonda mövcud 3 imperiyanın biri dağılmalıdır. Bunlar ABŞ, Rusiya və Çindir. Çin hələ ki, oyundan kənar seyr edir. ABŞ isə Ukraynanın əli ilə Rusiyanı dağıtmaq istəyir, Rusiya da öz imperiya ambisiyalarından əl çəkmək istəmir və daha da ərazisini genişləndirmək niyyətindədir. Hesab edirəm ki, müharibə yaxın bir ayda sona çata bilər. Çünki Rusiyanın Mariupoldan sonra Berdiyanskini götürəcəyi birmənalıdır. Dnepr çayına qədər Luqansk, Donesk inzibatı sərhədlərinə çıxacaq və Krımın təhlükəsizliyini təmin etməkdən ötrü Nikolayev və Odessanı da götürə bilər. Çünki Moldovada onun nəzarətinə keçir, bununla da həm Dnestryanı ilə birbaşa quru sərhəddinə çıxış əldə edir, həm də Ukraynanın Qara dənizə çıxışını bağlayır. Bununla da, NATO-Ukrayna girişini bağlayır. Rusiyanın 1999-cu ildə Serbiyanın bombalanması, 2001-ci ildə İraqın işğalı və s. kimi nümunələrindən istifadə edir. Qərb dövlətləri də Rusiya üçün “president” hüququ yaradıb. Ola bilər ki, Rusiya bundan gələcəkdə istifadə etsin. Hesab edirəm ki, bütün hallarda müharibə hələ ki, sürünən müharibə taktikasındadır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top