Dünən avtomobil və motosiklet sürücüləri arasında baş verən mübahisə, motosiklet sürücülərinin hüquqlarını bir daha müzakirə mövzusuna çevirir.
Demokrat.az məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxlayıb.
Ekspert bildirib ki, motosiklet də avtomobil kimi yolun istənilən hissəsindən hərəkət edə bilər:

“Motosiklet üçün ayrıca zolaqlar olmur. Motosiklet də avtomobil kimi yolun istənilən hissəsindən hərəkət edə bilər. Qaydalara uyğun yolun şəkildə yolun sağı ilə də, solu ilə də. Avtomobildən, sadəcə, fərqi odur ki, motosikletin iki təkəri var. Xüsusi qaydalar velosipedə aiddir, bir də mopedə. Avtomobilə aid bütün qaydalar həm də motosikletə aiddir. Hər iki nəqliyyat növünün sürücüsü bu qaydalara əməl etməlidir. Yol hərəkətində iştirak baxımından motosiklet avtomobilə bərabər tutulur. Qaydaları kim pozursa, günahkar da odur.
İstənilən sürücü, istənilən piyada, avtomobil, motosiklet sürücüsü- fərqi yoxdur, qaydanı kim pozubsa, onu cəzalandırmaq, cərimələmək səlahiyyəti dövlətə məxsusdur. Başqa heç kəs qarşısındakına qarşı etikadan kənar, hüquqdan kənar əmələ yol verə bilməz”.
Gülçin Qorxmaz
Demokrat.az