Motosikletçini döyən məmur bu vəzifədə işləyir

GÜNDƏM 26 apr 2022, 10:40
Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Demokrat.az xəbər verir ki, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.

Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top