Aprelin 23-də Odessaya raket hücumu zamanı yaralanan 10 nəfər xəstəxanalarda qalır.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, yaralıların aparıldığı Odessa xəstəxanalarından birinin rəhbəri Nikolay Turçin keçirdiyi brifinqdə onların vəziyyətindən danışıb.
N.Turçin bildirib ki, müalicə müəssisəsinə 18 zərərçəkən yerləşdirilib:
“Hazırda 10 nəfər xəstəxanada qalır, qalanlarına isə ambulator müalicə təyin edilir.
Xəstəxanada qalanların demək olar ki, hamısının vəziyyəti orta-ağırdır. İnsanlar 16 mərtəbəli yaşayış binasına raket hücumu nəticəsində əsasən səpələnmiş qəlpə yaraları, eləcə də yanıqlar və şüşə kəsiklərindən xəsarət alıblar. Bundan əlavə, iki nəfər yanğından xilas olmaq üçün yuxarı mərtəbələrdən tullanarkən sınıq xəsarətləri alıb” - deyə baş həkim əlavə edib.
Zamiq
Demokrat.az