“Xankəndidəki quldur başçılarının xoşuna gəlsə də, gəlməsə də...” — Akif Nağı

GÜNDƏM 23 apr 2022, 17:23
“Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi dünyadakı azərbaycanlıların birliyini göstərir”.

Bunu Demokrat.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd edib ki, bu qurultay Xankəndidəki quldur başçılarına da bir mesaj verdi:

“Bununla, bir daha onların diqqətinə çatdırıldı ki, Azərbaycanın fikri ardıcıl, davamlı və konkretdir. Burada başqa bir söhbət ola bilməz, onlar başqa bir fikrə düşməsinlər. Əgər yeni müharibə başlayacaqsa, o zaman Qarabağda bir dənə də olsun erməni qalmayacaq. Bunu ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışında etiraf etdi. Nə qədər ki, Azərbaycan humanist mövqe sərgiləyirsə, ermənilər də Azərbaycanın dediyi xəttə əməl etməlidirlər”. 

Onun sözlərinə görə, Şuşada keçirilən qurultayla bir daha bəyan edildi ki, Azərbaycan xalqı öz mövqeyindən geri çəkilən deyil:

“Xankəndidəki quldur başçılarının xoşuna gəlsə də, gəlməsə də Qarabağda Azərbaycan hakimiyyəti bərpa oluncaq! Bu, xoşlarına gəlmirsə, çıxıb gedə bilərlər.Unutmasınlar ki, Ermənistan da bizim ərazimizdir. Qarabağı tanımırlarsa, biz də Ermənistanı tanımırıq! Təbii ki, bu mesajlar ötən gün prezidentimiz dilində də dünyaya səsləndirildi. Ermənilərin ağıllı olsa bunu qəbul edəcəklər, olmasa Azərbaycan təbii ki, qalan torpaqlarını da işğaldan azad edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top