ABŞ-dan Ukraynaya 800 milyon dollarlıq HƏRBİ YARDIM

GÜNDƏM 21 apr 2022, 20:16
ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Onun dəyəri 800 milyon dollar olacaq.

Demokrat.az
UNİAN-a istinadən bildirir ki, bu barədə Bayden aprelin 21-də mətbuat konfransında çıxışı zamanı deyib:

"Ukraynaya daha 800 milyon dollarlıq əlavə hərbi yardım elan edirəm. Bu, ağır artilleriya, yüzlərlə haubitsa və onlar üçün yüz minlərlə döyüş sursatıdır. Həmçinin yüzlərlə taktiki pilotsuz uçuş aparatı var", - o vurğulayıb.

Amerika Prezidenti deyib  ki, hərbi yardım Ukraynaya rekord sürətlə çatır:

"ABŞ Ukrayna ordusuna şərqdə rusların hücumunu cilovlamağa kömək etmək üçün səy göstərir".

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top