Ukraynada hər kəs bu həkimdən danışır — FOTO

MARAQLI 20 apr 2022, 20:00
Rusiyanın Ukraynda apardığı müharibədə hər gün fərqli-fərqli mənzərələr ortaya çıxır.

Demokrat.az dünya mətbuatına istinadən xəbər verir ki, Xarkov şəhərinə rusların hücumu zamanı "Qızıl Xaç"ın həkiminin etdiyi hərəkəti qəhrəmanlıq saymaq olar. Belə ki, ruslar binaların birinə atəş açarkən həkim Denis Petronko ayağında yaralanmış qadına kömək edirdi. Bu zaman növbəti atəş açılır və hər kəs binalara sığınır. Lakin həkim Petronko öz bədəni ilə yaralı qadını açılan atəşlərdən qoruyur. Xoşbəxtlikdən həkimə və qadına heç nə olmur.

Həkim Petronko jurnalistlərə müsahibəsində bu an ən çox anasının reaksiyasından qorxduğunu açıqlayıb. Anası onun görüntülərini görərkən "Sən dəlisənmi? Məni heç düşünmədinmi?" deyərək oğlunu acılayıb.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top