Çin Azərbaycandan keçməklə Almaniyaya yeni dəmiryolu açır

İNFRASTRUKTUR 20 apr 2022, 15:39
Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrut açır.

Sian Gömrük İdarəsinin rəsmi saytındakı açıqlamaya görə, bu marşrut həmçinin qarışıq dəmiryolu və dəniz nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər dənizlərindən keçəcək.

Sənəddə qeyd olunan məlumata əsasən, 316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola düşüb. Bildirilir ki, qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək ümumilikdə 11,3 min km məsafə qət edəcək və nəticədə Manhaym şəhərinə çatacaq.

Yeni marşrutun əvvəllər Çin-Avropa istiqaməti üzrə az sayda qatarın keçdiyi ölkələri və regionları əhatə edəcəyi və həm Çin, həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacağı bildirilir.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top