Sabirabadda 15 günün şirkəti 42 minlik tender uddu

GÜNDƏM 20 apr 2022, 13:16
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az xəbər verir ki, tender müsabiqəsinin (Açıq tender) qalibi  “VIP ARISOKRAT AZ 2022” MMC (VÖEN- 2906572701) olub.

“VIP ARISOKRAT AZ 2022” MMC Sabirabad Suvarma Sistemləri İdarəsinin sifarişi ilə bu quruma əsaslı təmir işləri üçün mal-materiallar satacaq.

Qeyd olunan mallar üçün Sabirabad Suvarma Sistemləri İdarəsi MMC-yə 41 min 940 manat 45 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “VIP ARISOKRAT AZ 2022” MMC – 03.12.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sabirabad Suvarma Sistemləri İdarəsi tender müsabiqəsini 24.02.2022-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 21 gün əvvəl yaranıb. Bu günlərin də 6-sı şənbə və bazar günləri olaraq qeyri iş günləri olub.

Onu da bildirək ki, “VIP ARISOKRAT AZ 2022” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 15 gün (iş günü) əvvəl yaranan və 42 min manatlıq tenderin qalibi olan MMC Sumqayıt şəhəri, 8 MKR, ev 16/4, m. 71 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Qənbərov Elvin Qəzənfər oğludur. 

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 15 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.(yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top