Zaqatalada 25 yaşlı oğlan qızın bakirəliyini pozdu, anası ilə dalaşdı, sonra isə... — Şok olay

KRİMİNAL 20 aprel 2022, 10:45
Zaqatala rayonunda 1997-ci il təvəllüdlü Həmid sevgi münasibətində olduğu Fəxriyyə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həmid 2021-ci ilin mayında tanış olduğu yetkinlik yaşına çatmayan Fəxriyyə ilə cinsi ehtirasını ödəmək məqsədilə iyunun əvvəllərində yaşadığı evə aparıb.
Orada Fəxriyyənin öz razılığı ilə onunla cinsi əlaqədə olub. 

Bundan başqa, Həmid 2021-ci ilin iyunun ortalarında Fəxriyyə ilə nənəsinin yaşadığı Çobankol kəndində yerləşən evində cinsi əlaqədə olub, seksual xarakterli hərəkətlər edib. 

Həmçinin iyulun 1-də, gecə saat 01 radələrində Fəxriyyənin yaşadığı evə gəlib və onun razılığı ilə yenidən təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Fəxriyyə MMC-nin rəsmi dillerində işləyib: “Fəxriyyənin işlədiyi yerdə binanın yuxarı mərtəbəsində yerləşən “Güvən” klinikasında isə anam Səbinə işləyib. Anamı işə aparıb gətirdikdə Fəxriyyəni gördüm. Sonradan Fəxriyyə ilə tanış oldum. Fəxriyyə ilə telefonda danışmışıq. Məqsədim Fəxriyyəni tanımaq olub. Fəxriyyəyə qarşı fikirim ciddi olub”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin iyununda Fəxriyyə Zaqatala rayonu Çobankol kəndinə nənəsinin yaşadığı evə gedib: “Fəxriyyə ilə ancaq kənddə evin həyətində söhbət etdik. Həmin vaxt və ya başqa vaxtlarda Fəxriyyənin dodaqlarından öpməmişəm, paltarın üsütndən seksual hərəkətlər etməmişəm. Həyəcanlı olduğumdan ibtidai istintaq zamanı əksinə olaraq ifadə vermişəm. Ümumiyyətlə Fəxriyyənin evində olmamışam, onunla cinsi əlaqədə olmamışam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Fəxriyyənin yatdığı otağa pəncərədən daxil olmayıb, onunla bir çarpayıda uzanaraq qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fəxriyyənin sözlərinə görə, təxminən 2021-ci ilin mayın əvvəllərində Həmidlə tanış olub: “Həmid mənə yaxınlaşaraq zəng etməyimi istədi. Mən də sonradan onun istifadəsində olan nömrəyə zəng vurdum. Həmid mənimlə danışan vaxt 15 yaşımın olduğunu və Gimnaziyanın 10-cu sinifində oxuduğumu bildi. Həmid danışan vaxt məni sevdiyini və ailə həyatı quracağını dedi. Həmid ilə mütəmadi olaraq mobil telefon vasitəsi ilə danışmışam və sosial şəbəkələr vasitəsi ilə mesajlaşmışıq”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, 2021-ci ilin iyunun əvvəllərində Həmid onu özlərinin yaşadıqları Zaqatala şəhərində yerləşən evlərinə aparıb: “Həmidgilin yaşadığı ev iki mərtəbəli həyət evi olub. Evin birinci mərtəbəsi təmirsiz olub və ikinci mərtəbədə yaşayış olub. Həmid məni evin ikinci mərtəbəsində özünün otağına apardı və otaqda mənimlə bir qədər öpüşdükdən, döşlərimi oynatdıqdan sonra iyrənc hərəkətklər (oral seks) etməyə başladı. Son zamanlar, yəni iyunun ortalarından sonra Həmid mənimlə görüşərək cinsi əlaqədə olmaq istədiyini demişdi. Nənəm xəstə olduğu üçün bir müddət bizdə qalırdı. Sonradan, yəni 2021-ci ilin iyunun ortalarında isə yaşadığım Çobankol kəndinə getdim. Həmin vaxt Həmid mənə rahat görüşməyimiz üçün nənəm ilə Çobankol kəndinə getməyimi bildirdi. Mən də nənəm ilə Çobankol kəndinə getdim. Həmin vaxt xalamqızı Mədinə də nənəmgildə olub”. 

Zərərçəkmiş qeyd edib ki, Çobankol kəndində olan vaxt Həmid axşam saatlarında onun yanına gəlib və ona yuxu dərmanı gətirib: “Həmid həmin dərmanı mənə verdi və yatması üçün nənəmə verməyimi dedi. Həmin dərmanı nənəm xəstə olduğu üçün vermədim. Həmin gün gecə saat təxminən 24 radələrində Həmid həyətə girdi və evin birinci mərtəbəsində xalam qızı ilə birlikdə yatdığım otağın pəncərəsindən içəri daxil oldu. Bundan sonra xalamqızı otaqdan çıxdı. Həmidlə otaqda qaldım. Həmin vaxt Həmid dodaqlarımdan öpməyə başladı. Sonra əynimdə olan donunu çıxartdı. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Həmin gün saat 05 radələrinə qədər otaqda mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Mədinə mənə bir neçə dəfə zəng vursa da, telefonlara cavab vermədim. Bundan sonra xalamqızı otağa girərək Həmidin mənimlə cinsi əlaqədə olmağımı gördü. Mədinə otağa girdikdən sonra Həmid paltarını geyindi, otaqdan getdi. Bundan sonra Mədinəyə bu barədə heç kimə deməməsini xahiş etdim. Mədinə də bu barədə heç kimə demədi”. 

Fəxriyyənin ifadəsinə görə, bundan bir neçə gün sonra, yəni iyunun 30-dan iyulun 1-nə keçən gecə Həmid yenə onunla mobil telefonla danışaraq Zaqatala şəhərində yerləşən evlərinə onun yanına gəlmək istədiyini deyib: “Yataq otağının pəncərəsi küçəyə tərəf olduğundan, eləcə də evimiz hündür olmadığından Həmid mənimlə danışdıqdan sonra pəncərədən yataq otağına girdi. Həmid yenə dodaqlarımdan bir qədər öpdükdən sonra əynimdə olan paltarlarımı soyundurdu və mənimlə cinsi əlaqədə oldu.  Həmid ilə öz razılığım ilə cinsi əlaqədə oldum. Həmin vaxt səs gəldiyi üçün Həmid tez paltarını geyindi, otaqdan çıxdı. Həmid otaqdan çıxan vaxt mənimlə cinsi əlaqədə olarkən bakirəliyim pozulduğu üçün gələn qanın töküldüyü yastığın üzünü özü ilə apardı. Həmçinin mənə anamın şübhələnməməsi üçün yatağıma şirə tökməyimi bildirdi. Mən də Həmidin dediyi kimi etdim. Həmin vaxt anam otağıma gəldi və yatağımın dağılmış vəziyyətdə olduğunu gördü. Anam məndən nə olmasını soruşdu. Mən də şirə dağıldığını bildirdim. Bundan sonra anam mobil telefonumu əlimdən aldı. Mənim əvəzimdən Həmidlə yazışdı. Həmin vaxt əvvəlcədən planlaşdırdığımız kimi Həmid anama mənimlə görüşmədiyini, yəni bizim evimizdə olmadığını bildirdi”.

Fəxriyə deyib ki, iyulun 7-də ad günü olub: “Həmin gün səhər saatlarında Həmid mənə zəng vuraraq ad günümü təbrik etdi və axşam saatlarında mənimlə görüşəcəyini bildirdi. Həmin gün saat 17 radələrində Həmid anama zəng vuraraq mənimlə saat 19 radələrinə qədər görüşmək üçün icazə istədi. Lakin anam icazə vermədi. Həmin vaxt anam ilə mübahisə etdim. Sonra Həmid yenidən mənə zəng vurdu, anamın bir yerdə olmağımıza razı olmadığını dedi, ayrılmaq istədiyini bildirdi. Anamın yanından uzaqlaşaraq Həmidlə danışdım. Artıq Həmidin hər şeyi bəhanə edərək məndən ayrılmaq istədiyini başa düşdüm. Buna görə də yenidən anamın yanına gəldim və Həmiddən ayrıldığımı bildirdim. Həmin vaxt anam mənə Həmidlə hər hansı bir münasibətimın olmasını, yəni onunla cinsi əlaqədə olub-olmadığımı soruşdu. Mən də anama Həmidlə yaşadığım evdə cinsi əlaqədə olduğumu bildirdim”. 

Fəxriyyənin ifadəsinə görə, bundan sonra anası Həmidə zəng vuraraq  evə dəvət edib: “Həmid bizə gələn vaxt anam ona üçümüzün ola biləcəyi sakit bir yerə getməyi bildirdi. Həmid də özünün idarə etdiyi “VAZ-21011” markalı avtomobili ilə Göyəm kəndinin kənarında çay kənarına apardı. Həmin yerdə anam Həmiddən mənimlə  nəyə görə cinsi əlaqədə olmasını soruşdu. Həmid isə mənimlə cinsi əlaqədə olmasını inkar etdi. Belə olan halda Həmidə yaxınlaşaraq nəyə görə düzgün danışmadığını dedim. Lakin həmin vaxt Həmid yenə mənimlə cinsi əlaqədə olmadığını bildirdi. Bundan sonra anam Həmidin üstünə tərəf getdi. Həmin vaxt Həmid kənara qaçdı. Sonra anam Həmidin maşınından bir ədəd bıçaq taparaq götürdü, Həmidin arxası ilə getdi. Sonra Həmid mənim yanıma yaxınlaşdı. Yenə Həmidə nəyə görə düzgün danışmadığımı bildirdim. Həmid isə mənə “nə bilim sən mənimlə olmusan, başqası ilə olub, mənim üstümə atırsan” deyə qışqırdı, sonra da nalayiq söyüş işlətdi. Həmin vaxt anam yanımıza yaxınlaşdı, əlində olan bıçaqla Həmidə tərəf bir zərbə atdı. Həmin zərbə Həmidin əlinə dəydi”. 

Fəxriyyə qeyd edib ki, Həmid qaçdıqdan sonra anası da onun maşınının pəncərələrini sındırıb və təkərlərini bıçaqla deşib: “Bir qədər sonra Həmidin anası anama zəng vuraraq oğlunun qolunu bıçaqla vurduğuna görə cavab verəcəyini dedi, bizi evlərinə çağırdı. Bundan sonra anam Gülanə ilə birlikdə taksi ilə Həmidin yaşadığı evə getdik. Həmin vaxt Həmidin anası mənim anam ilə mübahisə etməyə başladı. Sonra Həmid gələrək anamın əllərini tutdu və anası da saçlarını yoldu. Həmin vaxt araya girdim, anamı onların əlindən aldım. Sonra anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq münaqişə barədə məlumat verdi”.

Fəxriyyə ifadəsində göstərib ki, Həmid onunla cinsi əlaqədə olan vaxt evlənəcəyini bildirdiyi üçün inanaraq öz razılığı ilə cinsi əlaqədə olub.

Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb. 

Həmid 9 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demkrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top