Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları bunu etməməyə çağırdı

SOSİAL 16 apr 2022, 15:00
Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: "Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top