“Tunel qətliamı”nın şahidləri Kəlbəcərə səfər etdi — FOTOLAR

GÜNDƏM 16 apr 2022, 12:37
Aprelin 16-da "Tunel qətliamı”nda şəhid olan mülki vətəndaşların bir neçəsinin ailə üzvlərinin və şahidlərin Kəlbəcərə səfəri təşkil edilib.

“Report”un Kəlbəcərə ezam olunmuş xəbərinə görə, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Ailə üzvləri və şahidlər faciələrin baş veridyi yerdə olub və şəhidlərin xatirəsini yad ediblər.

Dövlət Komitəsinin Regional İdarəetmə və Sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov bildirib ki, faciə zamanı şəhid olan 53 nəfərdən təkcə bir nəfər - Quliyev İslam Məhəmməd oğlunun qəbir yeri bəllidir. Həmin qəbir isə Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidədir:

"Qalan şəxslər isə itkin sayılır.

Çox şükür ki, biz və faciə qurbanlarının ailə üzvləri bu yerləri gəlib ziyarət edə bilir. Təəssüf ki, itkinlərimiz barədə məlumat yoxdur”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top