Vahid Əhmədov seçiciləri ilə görüşdü — FOTOLAR

GÜNDƏM 15 apr 2022, 12:42
Millət vəkili Vahid Əhmədov Quba şəhərində yerləşən deputat ofisində seşiciləri ilə görüşərək, onları təkbətək qəbul etmişdir. 

Deputatın Milli Məclisdəki fəaliyyəti ilə maraqlanan tədbir iştirakçıları onları düşündürən bir çox sualları birbaşa deputata vermək imkanlarından istifadə etmişlər. Çıxışlarda deputatın Milli Məclisdəki fəaliyyətinə yüksək qiymət verilmiş, belə görüşlərin tez-tez keçirilməsi istəyi ifadə olunmuşdur.
 
Görüşdən sonra Quba, Xaçmaz və Sumqayıtdan olan  97 vətəndaş millət vəkili tərəfindən fərdi qaydada qəbul edilmişdir.Qəbul zamanı bir şox məsələlər-iş yerlərinin olmaması, mübahisəli torpaq sahələrinin həllində yaranan süründürməçilik halları, təbii fəlakətlər zamanı dəymiş ziyanların düzgün qiymətləndirilməməsi, evlərin təmirinə köməklik, ev tikintisi üçün torpaq sahələrinin verilməsi,sosial yardımları təyini, əlilliyin təyini ilə bağlı son zamanlar yaranmış qeyri müəyyənliklər və s.deputat qarşısında qaldırılmışdır. Yerindəcə deputat tərəfindən görülmüş tədbirlər sayəsində bir çox problemlər öz həllini tapmış, həlii vaxt tələb edən məsələlər nəzarətə götürülmüşdür.
 
Günün ikinci yarısında deputatın təşəbbüsü ilə Quba şəhərində yerləşən Nərgiz plaza sarayında Ramazan bayramı münasibəti ilə iftar süfrəsi təşkil olunmuşdur. Tədbirdə şəhid ailələri, qazilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişlər. Çıxış edənlər Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğu qeyd etmiş, bu ayda insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırmışlar. 




Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top