Qadın dərmandan zəhərləndi

GÜNDƏM 15 apr 2022, 00:07

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə şəhərin Miryusif Axundzadə küçəsində baş verib. 1994-cü il təvəllüdlü Z.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 28 yaşlı qadının hansı səbəbdən dərman içərək zəhərlənməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır."(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top