Rusiya ABŞ və NATO-ya xəbərdarlıq etdi

GÜNDƏM 13 apr 2022, 22:56

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna torpaqlarında silah daşıyan ABŞ və NATO maşınlarını “qanuni hərbi hədəflər” hesab etdiklərini bildirib.

Demokrat.az xəbər verir ki, nazir müavini bu barədə TASS-a bildirib.

Ryabkov ABŞ-ın Ukraynaya silah dəstəyi verdiyinə diqqət çəkərək, belə bir şəraitdə ABŞ administrasiyası ilə Ukraynadakı vəziyyətlə bağlı geniş təmasların mənasız olduğunu bildirib.

"Eyni zamanda, biz amerikalılara və digər qərblilərə izah etməyə çalışırıq ki, əməliyyatımızı ləngitmək, Rusiya hərbi birləşmələrinə, Donetsk və Luqansk xalq respublikalarının yaradılması prosesinə zərər vurmaq cəhdlərinin qarşısı alınacaq.

Biz onlara xəbərdarlıq edirik ki, Ukrayna torpaqlarında fəaliyyət göstərən ABŞ-NATO silahlı maşınları qanuni hərbi hədəflər hesab edilir”, - o əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top