Fransada prezident seçkiləri — Makron ilk turda qalib gəldi (YENİLƏNİB)

DÜNYA 10 apr 2022, 22:16
Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.

“Report” xəbər verir ki, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.

BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək.

İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.

Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.

21:33
Fransada prezident seçkilərinin birinci turunda Emmanuel Makron və Marin Le Pen öndədir.


“Report” xəbər verir ki, bu barədə Belçikanın “LaLibre” nəşri əldə etdiyi exit-poll məlumatlarına istinadən məlumat yayıb.

Belə ki, son məlumatlara görə, Makron 24,7 faiz, Le Pen 23,5 faiz səs toplayır.

Qeyd edək ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.

Fransada səsvermə bitməmiş sorğuların dərcinə qadağa qoyulub. Bunun üçün cəza 75.000 avrodur.
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top