Yevlax sakinlərinin su problemi: Şirkət vəd verdi — VİDEO

SOSİAL 08 apr 2022, 18:28
Əsas məşğuliyyəti əkinçilik olan Şəmkirin Yeniyol kəndinin sakinləri indi susuzluq səbəbindən çıxılmaz vəziyyətdə qalıb. Kəndlilər nə məhsul götürə, nə də dolanışıqlarını təmin edə bilir. 

Sakinlər deyir ki, ölkə başçısının sərəncamı ilə Şəmkirdə suvarma sisteminin yaxşılaşdırılması üçün 2021-ci ildə 10 ədəd subartezian quyusunun qazılması ilə bağlı göstəriş verilib. Yeni subartezian quyularından biri də Yeniyol kəndinin payına düşüb. Lakin quyunun qazılması yarımçıq saxlanılıb. 

Yeniyol kəndində əsasən göyərti əkilir. Bu məhsullar yerli bazarla yanaşı, Rusiya bazarlarına da ixrac olunur. Bu il isə su olmadığından demək olar ki, məhsuldarlıq xeyli aşağıdır. Yeniyol kəndində 450 hektar əkinə yararlı torpaq sahəsi var. Onların 280 hektarının suvarılmasında isə ciddi problemlər yaşanır. 

Məsələ ilə bağlı subartezian quyularının çəkilməsi istiqamətində keçirilən tenderdə qalib gələn “Bresiv” şirkətinin iş icraçısı Rəşad İbrahimov Baku TV-yə açıqlamasında sakinlərin iradları ilə razılaşmayıb. Bildirib ki, qazıntı işi aprelin sonuna qədər yekunlaşacaq.

Ətraflı süjeti təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top