Metroda niyə şəkil çəkdirmək olmaz? — AÇIQLAMA

SOSİAL 08 apr 2022, 12:50
Hamıya məlumdur ki, Bakı metrosunda foto çəkmək qadağandır. Bununla bağlı bütün stansiyalarda bununla bağlı xüsusi lövhələr də var.

Məsələ ilə bağlı "Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metropolitendə çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur.

Bakı metropolitenin rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq olmaz:

"Çəkiliş üçün metropoliten rəhbərliyindən icazə alınmalıdır. Metroda icazə verilən çəkilişlər belə müşayiətlə aparılır. Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Çəkilişlərin qadağan olunmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl olunmalıdır”- deyə B.Məmmədov bildirib.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top