Macarıstanın baş naziri Putin və Zelenskini Budapeştdə görüşməyə dəvət etdi

GÜNDƏM 06 apr 2022, 20:27
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putini  Budapeştdə Ukrayna rəhbəri Vladimir Zelenski ilə görüş keçirməyə dəvət edib.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, Orbanın sözlərinə görə, bu görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da iştirak etməlidir. 

"Bu görüşün yeganə məqsədi dərhal atəşkəs haqqında razılaşmanın olmasıdır. Atəşkəs sülhə doğru ilk addım olmalıdır və bunun ardınca Avropa sülh konfransı olmalıdır”.

Sülhün tez bir zamanda olmasını istərdik, çünki hərbi əməliyyatlar “getdikcə zorakılığa” çevrilir".

Macarıstan baş nazirinin sözlərinə görə, Rusiya prezidentinin bu təşəbbüsə reaksiyası ümumilikdə, müsbət olub, lakin hələ də razılaşdırılmalı olan nüanslar var.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top