"Türkiyə rəhbərliyinə güvənirik" — Zelenski

GÜNDƏM 05 apr 2022, 21:51
"Rusiyanın Ukraynanı işğal etmək cəhdinə töhfə verən hər kəs hərbi cinayətkardır"

Demokrat.az xəbər verir ki, bu sözləri Zelenski türk mətbuatına danışarkən deyib. O, açıqlamasında Türkiyənin Ukraynaya dəstəyindən danışıb.

"Türkiyənin tam dəstəyinə arxalanırıq. Türkiyə rəhbərliyinə güvənirik. Türkiyədən gələn PUA-lar və SİHA-lara  görə, Türkiyəyə təşəkkür etmək istərdim. SİHA-lar mühüm rol oynadı"

Krımla bağlı sualı cavablandıran Zelenski bildirib: "Bütün dünya liderləri Krımın Ukraynaya məxsus olduğunu düşünür. Biz heç bir şəkildə geri addım atmaq fikrində deyilik, onlara Krım torpağını vermək istəmirik. Biz Krımdakı vəziyyətin diplomatik yollarla həllinin vacib olduğunu vurğuladıq"

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top