“Putinə qarşı şəxsi təhqirlər davam edir, bu, yolverilməzdir”— Kremldən açıqlama

REGİON 05 apr 2022, 18:45

“Rusiya prezidentinə qarşı şəxsi təhqirlər davam edir. Bu, pisdir. Biz bunu qəbuledilməz hesab edirik”.

Demokrat.az bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi təhqirləri ABŞ prezidenti Co Baydenə yaraşdırmadıqlarını vurğulayıb.

Kreml sözçüsü ABŞ daxilindəki ziddiyyətlərə də diqqət şəkib: “Prezident Bayden nəyisə müharibə cinayəti adlandıranda, Pentaqon belə bir nəticəyə gəlməyə imkan verəcək dəqiq məlumatlara malik olmadığını bəyan edir. Biz sadəcə olaraq bu faktları qeyd edirik”.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top