İnternet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir

DAXİLİ SİYASƏT 05 apr 2022, 17:49
Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir.

Demokrat.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top