Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırdı

SOSİAL 05 apr 2022, 18:28
“Yaşayış binalarında fərdi istlik sistemlərindən, yəni kombilərdən istifadə ətraf mühitin çirklənməsi, eləcə də əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur. Ona görə də binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır”.

Demokrat.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, binalar istilik enerjisi ilə lazımi səviyyədə tənzimlənməlidir: “Rəy verən zaman aidiyyəti qurumlarla məsləhətləşmələr olur. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ilk növbədə ekoloji və sosial-iqtisadi baxımdan daha səmrəli və məqsədəuyğundur”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top