Mədət Quliyev idman kompleksinə altı velosiped hədiyyə etdi — FOTOLAR

İDMAN 05 apr 2022, 15:00
Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının ilk regional nümayəndəliyi açılıb.

Demokrat.az xəbər verir ki, bundan sonra İsmayıllı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək.

İsmayıllı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər.

Bundan başqa, Şamaxı Olimpiya İdman Kompleksinə baxış keçirilib və yaxın günlərdə burada da federasiyanın filialının açılması planlaşdırılır.

Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən İsmayıllı filialına altı velosiped və ehtiyat hissələri hədiyyə edilib.



Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top