Sumqayıtda gənc oğlan arvadını döydü — Təfərrüat

KRİMİNAL 05 apr 2022, 12:44
Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Nicat şəxsi münasibətlər zəminində arvadı Fəridəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 11-də baş verib. Nicat həmin gün saat 20 radələrində yaşadığı evdə arvadı Fəridə ilə mübahisə edib. 

Bu zamaqn Nicat yumruqla Fəridənin baş, bel və ayaq nahiyyələrinə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2017-ci ildə Fəridə ilə ailə həyatı qurub: “Bu nigahımızdan 2 övladımız var. Yanvarın 11-də, saat 20 radələrində evə gələrkən arvadım Fəridə rəhmətə gedən valideynlərimin adını tez-tez hallandırdığından bundan əsəbləşdim. Ona bir daha valideynlərimin adını çəkməməyi bildirdim. Arvadım buna məhəl qoymadı. Bundan bərk əsəbləşdim. Yaşadığım evdə arvadımın köynəyindən tutaraq baş, bel və ayaq nahiyyələrinə yumruqla zərbə vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, Fəridə yanvarın 12-də evdən çıxaraq anasıgilə gedib. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb. 

Nicatın barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top