“ZƏFƏR ŞƏHİDLƏRİ" kitabının təqdimat mərasimi keçirildi — FOTOLAR

GÜNDƏM 05 apr 2022, 09:55
Milli Məclisin deputatı Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyasının maliyyə dəstəyi ilə 60 saylı Salyan - Neftçala seçki dairəsindən Vətən Müharibəsində qəhrəmancasına Şəhid olan igid övladlarımızın döyüş yolundan bəhs edən “ZƏFƏR ŞƏHİDLƏRİ" kitabının təqdimat mərasimi keçirilib. 

Demokrat.az xəbər verir ki ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Fəzail Ağamalı  44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin qəhrəmanlığını xüsusi olaraq qeyd edib, onların yeni tarix yazdığını konkret faktlarla önə çəkib.  Ölkə başçısı Cənab İlham Əliyevin, birinci vitse - prezident Mehriban Xanım Əliyevanın şəhid və qazi ailələrinə olan diqqət və qayğısı üzərində dayanıb. Eyni zamanda şəhidlərə və şəhid ailələrinə hər bir Azərbaycan vətəndaşının dəstək olamasının vacibliyini xüsusi olaraq qeyd edib.
 
Şəhid ailələri Şəhidlərin xatirəsinə həsr olunan kitabın çapına görə Fəzail Ağamalıya təşəkkürlərini bildiriblər.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top