Baydendən Rusiyaya qarşı yeni ÇAĞIRIŞ

GÜNDƏM 04 apr 2022, 20:47

“Biz Ukraynanı döyüşü davam etdirmək üçün lazım olan silahlarla təmin etməyə davam etməliyik”.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

O, Buçada baş verənlərə də münasibət bildirib.

“Biz bütün faktları toplamaq məcburiyyətindəyik. Yəni əlimizdə faktlar, sübutlar olsun ki, bunu törədənlər müharibə cinayətlərinə görə mühakimə olunsunlar. Buçada baş verənlər dəhşətlidir və hamı bunu görür. Putin hərbi cinayətkardır”, - Bayden vurğulayıb.

ABŞ lideri Vladimir Putinin müharibə cinayətləri üzrə mühakimə olunması üçün beynəlxalq ictimaiyyətə çağırış edəcəyini diqqətə çatdırıb.

Bayden onu da vurğulayıb ki, o, Ukraynada son baş verənlərdən sonra Rusiyaya qarşı daha çox sanksiyalar üzərində işləyəcək./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top