Güclü külək Bakıda məktəbin dam örtüyünü zədələdi

HADİSƏ 04 apr 2022, 17:49
"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli tam orta məktəbin dam örtüyü zədələnib".

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib: "Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib".

Məlumat üçün bildirək ki, 278 nömrəli tam orta məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top