Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiyalar paketində nələr var?

DÜNYA 04 apr 2022, 14:38
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri aprelin 6-da Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Məlumata görə, sanksiyalar enerji resurslarının tədarükünə embarqonu da əhatə edə bilər.

Qəzet xatırladır ki, Aİ-nin hazırkı məhdudlaşdırıcı tədbirləri arasında 7 rus bankının SWIFT sistemindən çıxarılması, müdafiə, enerji, telekommunikasiya və aviasiya sektorları üçün Rusiyaya əsas texnologiyaların ixracının qarşısının alınması, hava məkanının bağlanması və rusiyalı oliqarxların və məmurların aktivlərinin dondurulması daxildir.

Beşinci sanksiyalar paketinə yeni fərdi sanksiyalar, Rusiyadan gələn gəmilər üçün dəniz limanlarının bağlanması, eləcə də ixraca əlavə məhdudiyyətlər daxil ola bilər.

Səfirlər həmçinin enerji resurslarının – kömür, neft və qazın tədarükünə embarqonun qoyulması imkanlarını nəzərdən keçirəcəklər. “Ukrayna uzun müddətdir ki, belə sanksiyaların tətbiqini tələb edir, lakin bir sıra Qərb ölkələri, ilk növbədə Almaniya buna qarşı çıxırdı. Artıq Rusiyanın enerji ixracına qarşı sanksiyaların tətbiqi çağırışları daha yüksək səslə səslənir”, – qəzet yazır.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top