Arzu Nağıyev: “Biz aprel döyüşləri ilə gələcək qələbəmizin təməlini qoyduq”

GÜNDƏM 04 apr 2022, 12:03
"Aprel döyüşləri 1994-cü ildə razılaşdırılmış atəşkəsdən sonra Azərbaycan ordusunun təmas xəttində apardığı, eyni zamanda, ümumiyyətlə, orda baş verən ən böyük hərbi qarşıdurma idi. Döyüşlər Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnib, şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Lakin buna baxmayaraq, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, eyni zamanda Tərtər rayonunun Qazaxlar kəndi, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu". 

Demokrat.az xəbər verir ki, bunu tariximizin şanlı səhifələrimizdən biri olan Aprel döyüşləri barədə millət vəkili, politoloq Arzu Nağıyev saytımıza danışarkən bildirib.

“Aprel döyüşləri 1994-cü ildə razılaşdırılmış atəşkəsdən sonra Azərbaycan ordusunun təmas xəttində apardığı, eyni zamanda, ümumiyyətlə, orda baş verən ən böyük hərbi qarşıdurma idi. Döyüşlər Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnib, şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Lakin buna baxmayaraq, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, eyni zamanda Tərtər rayonunun Qazaxlar kəndi, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. 

Talış kəndi ətrafında yüksəkliklər və bu istiqamətdə Azərbaycan tərəfi 2 min hektarlıq ərazini tam azad etmişdi. Baxmayaraq ki, ermənilər bunu azaldıb, 800 hektar deyir. Lakin fakt budur ki, 5 apreldə atəşkəs imzalanandan sonra da atışma davam edib, təbii ki, bu hadisədə Azərbaycan özünü qalib kimi tarixə yazdı. Azərbaycan ordusunun nəyə qadir olduğunu dünyaya göstərdi. Əsas məqam ondan ibarətdir ki, bir sıra xarici kütləvi informasiya vasitələri xəbərlər verirdilər ki, bu döyüşlərdə Azərbaycan ilk dəfə İsrail istehsalı olan HAROP komikadze pilotsuz uçan aparatlardan istifadə etdilər. Uzun məsafədə alovsaçan raket sistemindən istifadə edirlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünün kadr potensialını, eyni zamanda ciddi müasir silahlarını istifadə etdi və onların özlərinə məxsus olan tanklarını məhz “Spayk” raketləri ilə sıradan çıxarmışdı. Siyasi məsələ ondan ibarətdir ki, biz dünyaya göstərdik ki, bizim çox hazırlıqlı ordumuz var və bu ordu qələbə əzmi ilə yaşayır. Göstədik ki, öz suverenliyimizi qorumaq üçün  hər cür imkanlarımız var. Biz aprel döyüşləri ilə gələcək qələbəmizin təməlini qoyduq. Ermənistanda böyük hərbi vəzifədə olan şəxslərin istefası, onların işdən azad olunması, həbsləri məhz aprel hadisələrindən sonra başladı. Aprel hadisələrindən sonra, demək olar ki, ermənilər öz orduları haqqında yaratdıqları mifin necə sındığının şahidi oldular. Böyük qələbə idi və düşünürəm ki, 44 günlük zəfər tarixi öz başlanğıcını məhz aprel döyüşlərindən götürdü”, deyə Arzu Nağıyev qeyd edib.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top