Abid Şərifovun nəvəsi Londonda yeni şirkət açdı — FOTO

HADİSƏ 03 apr 2022, 12:34
Baş nazirin keçmiş müavini Abid Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib.
 
Demokrat.az
-ın xəbərinə görə, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
C.Həsənli qeyd edib ki, “Londoncapsule” limited İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq. Nicat Mahmudov  6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi “Abeona global” limited isə restoran biznesi sahəsində fəaliyyət göstərir, Londondakı Buta Lounge qəlyan barı Şərifovun nəvəsinə məxsusdur.





A.Şərifov bir müddətdir, jurnalistlərin zənglərinə cavab vermir.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top