Bakıda həkimlərin otaqlarına qənim kəsilən şəxs ələ keçdi

İDMAN 02 apr 2022, 18:15
Bakıda həkimlərin otaqlarından oğurluq edən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından notbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top