"Təbii haldayam, hər şey özümünküdür"

GÜNDƏM 01 apr 2022, 22:34

Xalq artisti Tünzalə Ağayeva xarici görünüşü ilə bağlı açıqlama verib.

Demokrat.az olay-a istinadən xəbər verir ki, bu barədə "Şourum"a danışan sənətçi deyib ki, üzünə hər hansı bir botoks proseduru edilməyib.

"Yaşımız var, amma qırışlarım olduğu kimi qalır. Botokslarım yoxdur. Tam təbii haldayam. Hər şey özümünküdür. Görsəm ki, nəyləsə bacarmıram, həkimə gedib deyəcəm ki, gəlmişəm, kömək edin. Hələlik özümü saxlayıram. Həyatdakı ən böyük əskikliyim yaxşı yatmamağımdır. Çünki sağlam və gözəl olmaq üçün yatmaq lazımdır. Düzdür, yuxusuzluq problemim yoxdur. Amma yatmaq üçün gec çatıram. Bu da mənim üçün problemdir", - Tünzalə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top