Telman Qasımov: “Nəzərə almalıyıq ki, son dövrlər düşmən daha da aktivləşib”

GÜNDƏM 30 mar 2022, 16:55
“Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Ağdərə istiqamətində əsir düşən vətəndaşlarımızın dediklərindən məlum olurdu ki, həmin ərazilərdə kütləvi məzarlıqlar var. Erməni faşistləri həm mülki vətəndaşlarımızın, həm hərbiçilərin kütləvi qətlini həyata keçiriblər. Hələ o dövrdə əsirlərin verdiyi ifadələrdən bu barədə mətbuatda kifayət qədər açıqlamalar verilmişdi. 

Demokrat.az xəbər verir ki, bunu hərbi ekspert Telman Qasımov bildirib.

"Ağdamda, Kəlbəcərdə, son olaraq Fərruxda tapılan məzarlıq bu deyilənlərin sübutu oldu. Cənab prezidentin bu məsələyə xüsusi diqqət ayırması onu göstərir ki, biz qələbə qazanmaqla tarixi missiyamızı bitmiş hesab etmirik. Hələ də bu cinayətlərin hüquqi qiymət alması üçün mübarizə aparırıq. 

Nəzərə almalıyıq ki, son dövrlər düşmən daha da aktivləşib. Xüsusilə, Fərrux kəndinin geri alınması onların iftira atmaq bacarığını qızışdırıb. Buna görə diqqətli olmalıyıq. Bu işdə əsas yük həm də yerli medianın üzərinə düşür. Yalan informasiyalara uymamalı, dəqiq olmayan informasiyanı yaymamalı, hər bir vətəndaş Ali Baş komandanımızın tapşırıqlarına bir əsgər kimi əməl etməli, dəmir yumruğunun qüvvəsinə daha da güc qatmalıyıq", deyə Telman Qasımov qeyd edib.

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top