“Bugünkü onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik” — Osman Gündüz MİDA-nı TƏNQİD ETDİ

GÜNDƏM 30 mart 2022, 14:17
"Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək".

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Osman gündüz deyib ki, MİDA-nın sözügedən onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir:

"Bu gün  MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satış prosesini  test etməsi üçün  bir ay müddətində DEMO versiya aktiv olub. Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən  narazılıqlar müşahidə olunur.

Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir​"​.

Ekspert əvvəllər onun da bu prosesə dəvət edildiyini xatırladıb:

"Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik".

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top